Yığmamızın debütü uğurlu alındı
12.09.2012 - 09:14
Kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, sonuncu matçda Azərbaycan millisi Almaniya yığmasının qonağı olub.
Mərhələ adlamaq üçün Elxan Əliyevin yetirmələrinə qalib gəlmək lazım olsa da, komandamız bunu bacarmayıb. Almanlar 81:68 (21:22, 22:17, 15:15, 23:14) hesabı ilə qələbə qazanaraq, qrup mərhələsini məğlubiyyətsiz başa vurublar.
8 matçdan 4-ündə qalib gələn basketbolçularımız isə top fərqinə görə mübarizəni vaxtından əvvəl dayandırmalı olublar. Buna baxmayaraq, yığmamızın seçmə mərhələdəki çıxışını qənaətbəxş saymaq olar. Çünki komandamız A divizionunun debütantı idi və bu turnir üçün lazımı təcrübəyə malik deyildi.
Qrupumuzun digər matçında isə İsveç səfərdə Lüksemburqa 85:68 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, növbəti mərhələyə 6 qrupda ilk 2 yeri tutan və 4 ən yaxşı 3-cü yerin sahibi yüksəlib. Rəqibimiz olan Bolqarıstan da
Azərbaycan kimi qrupda qalıb.

1. | Almaniya | 8 | 8/0 | 695-547 | 16 |
2. | İsveç | 8 | 4/4 | 678-624 | 12 |
3. | Bolqarıstan | 8 | 4/4 | 669-647 | 12 |
4. | Azərbaycan | 8 | 4/4 | 658-660 | 12 |
5. | Lüksemburq | 8 | 0/8 | 580-802 | 8 |

0
0