“Qələbə qazanmaq istəyirdik”
12.09.2012 - 09:16
“Biz seçmə mərhələnin son matçında qələbə qazanmaq istəyirdik və Almaniyaya da bunun üçün gəlmişdik. Amma rəqib bu gün çox güclü oynadı. Onlara qarşı səfərdə mübarizə aparmaq çox çətindir”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Elxan Əliyev deyib.
Təcrübəli çalışdırıcı Avropa çempionatının seçmə mərhələsində millimizin Almaniya ilə oyununa münasibət bildirib. O, yetirmələrinin qalib gəlmək şansı olduğunu, lakin kobud səhvlər buraxdıqları üçün bunu reallaşdıra bilmədiklərini deyib: “Biz bu matçda qalib gələ bilərdik, amma müadifədə səhvlərimiz almanların sevinməsinə səbəb oldu. Çünki onlarının atışlarının qarşısını almaqda çətinlik çəkdik. Almaniya yığmasına növbəti mərhələdə uğurlar arzulayıram”.
Qeyd edək ki, Almaniya - Azərbaycan matçı 81:68 hesabı ilə yekunlaşıb və komandamız mərhələ adlaya bilməyib.

0
0