Millimizin oyunçusu Almaniyadan bombardir kimi qayıdır
12.09.2012 - 09:24
Avropa çempionatının seçmə mərhələsində Almaniya – Azərbaycan matçının ən yaxşılarının adları məlum olub. Apasport.az saytının məlumatına görə, görüşün bombardiri adını basketbolçumuz Çarlz Devis qazanıb.
Milliləşdirilmiş amerikalı legionerimiz komandamızın aktivinə 25 xal yazdırıb. Elxan Əliyevin digər yetirmələrindən Zaur Paşayev 14, Orxan Aydın 13, Aleksandr Rındin 8, Fuad Niftəliyev 5 və Rasim Başak 3 xal qazanıb.
Rəqibin heyətində Robin Benzinq ən yaxşı seçilib. O, 2 komanda yoldaşı Tim Ohlbrext və Flipp Şvethelmlə yanaşı 11 xal toplayıb.
Qeyd edək ki, matç 81:68 hesabı ilə almanların xeyrinə başa çatıb.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0