Svetislav Peşiçdən qələbə şərhi
12.09.2012 - 09:28
“Azərbaycanla oyunumuz çox ağır keçdi. Əsasən də psixoloji baxımdan. Bu qarşılaşma baş məşqçi kimi mənim üçün də gərginliyi ilə yadda qaldı. Çünki bir neçə komandanın taleyi bizim göstərəcəyimiz nəticədən asılı idi”. Apasport.az saytının məlumatına görə, bunu kişi basketbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə matçdan sonra Almaniya yığmasının baş məşqçisi Svetislav Peşiç deyib.
O, 81:68 hesabı ilə qalib gəldikləri qarşılaşmanı şərh edərkən bildirib ki, yekunda nəticədən razı qalıb: “Biz seçmə mərhələdə elə də güclü oyun nümayiş etdirməsək də, bütün oyunlarda qalib gəlməklə Avropa çempionatına vəsiqə qazandıq. Buna görə də göstərdiyimiz nəticədən razı qala bilərik. Amma hələ görüləsi çox işlərimiz var. Bu xüsusən də müdafiəyə aiddir”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0