“Biz qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq” - FOTO
12.09.2012 - 12:05
“Seçmə mərhələni yüksək notla bitirmək və qrup mərhələsindəki sonuncu oyunda qalib gəlmək bizim üçün çox vacib idi. Azərbaycan çox güclü rəqibdir və bu matçda qələbə qazanmağımız əla sonluq oldu”. Apasport.az saytının məlumatına görə, bunu Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına 81:68 hesabı ilə qalib gələn Almaniya millisinin basketbolçusu Flipp Şvethelm deyib.
O, Azərbaycanla oyun barədə danışarkən, qarşılarına qoyduqları məqsədlərə çatdıqlarını bildirib: ”Biz seçmə mərhələdə qarşımıza qoyduğumuz bütün məqsədlərə çatdıq. Həm Avropa çempionatına vəsiqə qazandıq, həm də yeni oyunçularımız təcrübə qazanıb, inkişaf etdilər. İndi hər kəs öz klubuna sevinc dolu hisslərlə geri dönəcək”.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0