“Sao Bernardo” çempionatımızın mükafatçısı ilə anlaşdı - FOTO
13.09.2012 - 08:22
Yeni mövsümdən “Azəryolservis”lə birləşən “Bakı”nın daha bir voleybolçusu özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, son mövsümdə paytaxtın eyni adlı klubu ilə Super Liqanın bürünc medalını qazanan Cibele Barboza karyerasını vətəni Braziliyada davam etdirəcək. “Bakı”nın “Sao Bernardo” ilə anlaşaraq, 1 illik müqaviləyə imza atıb.
Qeyd edək ki, Barbozadan öncə amerikalı Reqan Hudla Keti Kater, İtaliya millisinin üzvü Rafaella Kalloni, onun həmyerlisi, məşqçi Marko Qaspar, Hollandiya yığmasının voleybolçusu Quinta Stenbergen, braziliyalı Renata Kolombo Azərbaycandan getməyə qərar vermişdilər.

- Kəmalə Əsgərova U-18 Avropa çempionatının oyunlarına təyinat alıb
- Azərbaycanı avrokuboklarda 4 komanda təmsil edəcək
- Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
- “Möminə Xatun”dan yeni transfer
- Bakıda Avropa çempionatının kubokunun təqdimat mərasimi keçiriləcək
0
0