Marçello Abbondanza: Bundan sonra növbəti səhifəyə keçəcəyəm
13.09.2012 - 11:54
“Azərbaycanda klubsuz olan güclü voleybolçu tapmaq çətindir. Çünki onların hamısı digər komandaların heyətindədir”. Apasport.az saytının məlumatına görə, bunu “Rabitə”nin baş məşqçisi Marçello Abbondanza deyib.
Bakı klubu ilə yanaşı, Bolqarıstan millisini də çalışdıran italiyalı mütəxəssis Azərbaycan çempionunun “sükanı arxasına” keçdiyi üçün xoşbəxt olduğunu deyib.
Hazırda Balkan ölkəsində yığmanın düşərgəsində olan Abbondanza Avropa çempionatının seçmə mərhələsinin II dövrəsindən sonra karyerasında yeni səhifənin açılacağını da bildirib: “Rabitə” ilə müqavilə bağladığım üçün xoşbəxtəm. Bu, mənim üçün yeni təcrübə olacaq. Onlar çox yaxşı komandadır, amma indi klub haqda düşünmürəm. Daha çox Bolqarıstan yığması ilə Avropa çempionatının seçmə mərhələsindəki çıxışımızı uğurla başa vurmaq istəyindəyik. Yalnız bundan sonra növbəti səhifəyə keçəcəyəm”.
Qeyd edək ki, Bolqarıstan qitə çempionatında Çexiya, Macarıstan və Latviya ilə eyni qrupda yer alıb və ilk dövrədən sonra 9 xalla vahid liderdir.

0
0