Yığmamız Ankaradan məğlub qayıdır
04.10.2012 - 10:50
Yığmamız Ankaradan məğlub qayıdır
Qadın həndbolçulardan ibarət Azərbaycan millisi DÇ-2013-ün seçmə mərhələsində ilk oyununu keçirib. Apasport.az saytının məlumatına görə, IV qrupda yer alan komandamız Türkiyə yığması ilə görüşüb.

Ankarada Türkiyə Həndbol Federasiyasının idman salonunda keçirilən qarşılaşmada yığmamız məğlubiyyətlə barışıb. Matçın ilk hissəsində 7:16 hesabı ilə uduzan yığmamız fasilədən sonra da rəqibindən zəif təsiri bağışlayıb – 19:35.

Qeyd edək ki, qrupumuzda Türkiyə ilə yanaşı, Portuqaliya millisi də yer alıb.