Millimizin üzvünə yeni vəzifə verdilər
09.10.2012 - 23:23
Azərbaycanın kişi basketbolçulardan ibarət yığma komandasının veteran üzvü Tahir Baxşiyevə yeni vəzifə verilib. Apasport.az saytının xəbərinə görə, son bir neçə ildə yığmada oynamaqla yanaşı, həm də yüksək liqada çıxış edən "Araz" (Naxçıvan) klubuna başçılıq edən Tahir bundan sonra isə ölkənin U-14 və U-16 yığma komandalarını da çalışdıracaq. Veteran basketbolçu bununla yanaşı, yığmadakı çıxışını da davam etdirəcək.
0
0