Yenə legioner olacaq
09.10.2012 - 23:24
Yenə legioner olacaq
Azərbaycanın kişi basketbolçulardan ibarət yığmasının aparıcı oyunçularından biri olan və ötən mövsümü Gürcüstan çempionatında başa vuran Zaur Paşayev 2012/13-cü illər mövsümündə də legioner həyatı yaşayacaq. Apasport.az saytının xəbərinə görə, yığmamızın müdafiəçisi ötən mövsüm şərəfini qoruduğu "Kutaisi-2010" klubu ilə müqaviləsini uzadıb.

Xatırladaq ki, "Kutaisi-2010" ötən mövsüm Gürcüstan superliqasının üçüncüsü olmaqla yanaşı, həm də Daidani kubokunun sahibi olub.