“Rabitə” yoxlama oyununda məğlub oldu
10.10.2012 - 09:38
Oktyabrın 11-də klublararası dünya çempionatında iştirak etmək üçün Qətərin Doha şəhərinə yola düşəcək “Rabitə” səfər öncəsi ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının məlumatına görə, bu gün “Azərrreyl” ilə qarşılaşacaq dünya çempionları “Bakı-Azəryolservis” komandasını sınağa çəkib.
Ilk 2 hissədə Aleksandr Çervyakovun yetirmələri dünya çempionuna qalib gəliblər. Gənc, həmçinin yığmanın oyunçularından ibarət olan birləşmiş komanda gərgin keçən yoldaşlıq görüşünün III və IV hissələrində “rabitəçilər”ə məğlub olub. Oyunun taleyi V hissədə - taybrekdə həll olunub. Bu hissənin qalibi isə “Bakı-Azəryolservis” olub
Qeyd edək ki, “Rabitə” bu gün Gənclik Olimpiya İdman Kompleksində “Azərreyl” komandasını qəbul edəcək. Oyun 18:00 da başlayacaq.

0
0