Azərbaycanda müqaviləsini pozub, “Torino”ya keçdi
14.01.2013 - 10:45
Sloveniyalı voleybolçu Tina Lipiçer “Azərreyl”dən rəsmən ayrılıb. Apasport.az saytının məlumatına görə, ümidləri doğrultmayan 33 yaşlı legioner artıq Azərbaycanı tərk edib.
Onunla mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə qarşılıqlı şəkildə pozulub. Belə ki, İndre Sorokayteni transfer etdikdən sonra Tina “ofsayd”da qalıb və “Bakı-Azəryol”da oynamaq təklif olunub. Lakin təcrübəli voleybolçu orada oynamaq istəməyib. Nəticədə o, İtaliyaya yollanıb və “Torino” ilə razılığa gəlib.
Qeyd edək ki, Lipiçer “Azərreyl”ə Fransa “Kann” klubundan gəlmişdi.

0
0