Yığmamızın oyunlarının vaxtı müəyyənləşdi
18.03.2013 - 13:07
Kişi basketbolçulardan ibarət Azərbaycan yığması Qırğızıstanın Bişkek şəhərində keçiriləcək ənənəvi “Novruz” turnirində keçirəcəyi bütün oyunların vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, ardıcıl 3 dəfə (2010-2012) qalibi olduğu yarışa bu dəfə legionerlərsiz qatılacaq yığmamız ABŞ, Qazaxıstan və Qırğızıstan komandaları ilə mübarizə aparacaq.
Bu gün start götürüb martın 22-dək davam edəcək yarışda iştirakı gözlənilən Rusiya, Çin, Türkiyə və Özbəkistan təmsilçiləri isə turnirdə çıxış etməkdən imtina edib. Bu üzdən 4 komanda dairəvi sistemlə mübarizə aparacaq. Bu gün ABŞ-la qarşılaşacaq millimiz sabah 14:00-da Qazaxıstan, ertəsi gün 16:00-da Qırğızıstanla üz-üzə gələcək.
Martın 21-də 1-ci və 4-cü yeri tutan komandalar bir-biri ilə, digər 2 yığma da öz aralarında yarımfinal matçı keçirəcək. Ertəsi gün isə III yer uğrunda matç və final baş tutacaq.

0
0