Bombardirlər sırasında 2 azərbaycanlı
19.03.2013 - 10:36
Qırğızıstanın Bişkek şəhərində təşkil olunan kişi basketbolçular arasında “Novruz-2013” turnirində I turun ən məhsuldar oyunçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının 2 üzvü ABŞ-ın “AİA” klubu ilə qarşılaşmada 20-dən çox xal qazanıb. Oyunun ən məhsuldar basketbolçusu Fuad Niftəliyev olub. O, matçda 28 xal toplayıb. Amil Həmzəyev isə yığmamızın 95:94 (22:23; 23:18; 22:26; 28:27) hesablı qələbəsinə 22 xalla töhfə verib. Amerikalı Daniel Merser isə 24 xal toplayıb.
Günün bombardiri isə Qırğızıstan yığmasının üzvü Anton Kotenko olub. O, Qazaxıstanın “Kapşaqay” klubu ilə görüşdə 48 xal yığmaqla Fuadı 2-ci pilləyə sıxışdırıb. Ümumilikdə isə ilk 2 matçda 6 oyunçu 20 və daha çox xal qazanıb.

0
0