Natalya Məmmədova: Hər top üçün mübarizə aparırdıq
13.05.2013 - 03:55
“Bu gün biz hər top üçün mübarizə aparırdıq. Baxmırdıq ki, hesab xeyirimizədir və ya xeyirimizə deyil. Biz sonra üstünlüyü əldən verdik. Hər xal üçün vuruşurduq. Çünki anlayırdıq ki, rəqib evdə elə-belə təslim olmayacaq. İndi sadəcə xoşbəxtik, axı bu medallar klubun tarixində ilkdir. Buna çox az adam inanırdı, amma biz özümüz-özümüzə inanırdıq. Həmçinin müvəffəqiyyətimizə məşqçilərlə, komandanın rəhbərliyiylə birlikdə sona qədər inanırdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin və “Omiçka” klubunun voleybolçusu Natalya Məmmədova deyib.
O, qadın voleybolçular arasında Rusiya Superliqasının 3-cü yer uğrunda keçirirlən oyununda “Uraloçka”nı 3:1 (25:19, 22:25, 25:18, 25:21) hesabı ilə məğlub edib, bürünc medala sahib olmalarını dəyərləndirib: “Hər şeydən əvvəl pley-offda rəqib çox güclü idi. Üçüncü oyunda mübarizə gərgin keçdi və biz 2:3 hesabı ilə məğlub olduq. “Uraloçka” başqa komandardan onunla müqayisədə sadə görünürdü. Onlar topu əla qəbul edib və ötürmə edirdilər. Rəqib həm müdafiədə, həm də hücumda yaxşı mübarizə aparırdı”.
Qeyd edək ki, 3 qələbəyə kimi davam edən mərhələnin 4-cü qarşılaşmasında “Omiçka” rəqibini məğlub edərək, tarixində ilk dəfə bürünc medal qazanıb.

0
0