“...Bakıya yalnız pula görə getmişəm” - MÜSAHİBƏ
22.05.2013 - 13:15
Son mövsümün gedişində “Azərreyl”dən ayrılan Sloveniya millisinin voleybolçusu Tina Lipiçer vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 33 yaşlı təcrübəli oyunçu Azərbaycana gəlişinin və gedişinin səbəblərindən, gələcək karyerasından danışıb.
- Fransanın “Kann” klubundan Azərbaycana getməyə qərar verdiz. Ancaq karyeranız “Azərreyl”də istədiyiniz kimi alınmadı...
- Azərbaycandakı sınağı yüksək klub səviyyəsində çox müsbət təcrübə kimi xarakterizə etmək olar. Ancaq sonluq böyük üzüntü ilə nəticələndi. Belə komandalar ən azı Çempionlar Liqasının “Dördlər finalı”na yüksəlməlidir. İtaliyaya yollanmağıma gəlincə, bunu ilk növbədə texniki hazırlıq planında dəyişiklik etmək üçün etdim. Hansı ki, mövsümün startında bundan əziyyət çəkirdim.
- Azərbaycana yalnız pula görə getdiyiniz deyilirdi. Bu, düzdürmü?
- Çoxları elə fikirləşirdilər ki, Bakıya yalnız pula görə getmişəm. Ancaq mənim üçün əsas mövsümün nəticəsi idi. Mənə yaxşı pul təklif edən komandalar çoxdur, əsas məqsədim Çempionlar Liqasını qazanmaqdır.
- “Azərreyl”in mövsümü uğursuz başa vurmasını nə ilə izah edərdiz?
- “Azərreyl”dən yüksək səviyyəli oyun gözlənilirdi. Ancaq bir daha sübut olundu ki, yalnız ulduzları yığmaqla heç nə həll olunmur. Belə hadisə mənim üçün ilk deyil. Ancaq görünür, hələ bundan nəticə çıxarmamışam. Qısası, karyeramda ən böyük məyusluqlardan biri italiyalı Alessandro Çiappini ilə işləməyim oldu.
- Hazırda yeni mövsümə “Maribor”un heyətində hazırlaşırsız...
- Bəli, bu klubun düşərgəsində yer almışam. Onu deməliyəm ki, klubun direktoru olan Mitya Kozelj fərdi şərait üçün bütün şərait yaradıb. Burada mənə həyat yoldaşım da kömək edir.
- 2003-cü ildən indiyədək Sloveniyadan kənarda çıxış edərək, ən uzun müddətli legioner olan oyunçu statusuna maliksiz. Yenə ölkə xaricinə getməyiniz gözlənilir?
- Mən güclü İtaliya, Polşa, Rusiya, Fransa, Çexiya və nəhayət Azərbaycan Super Liqasında oynamışam. Ancaq karyeramı harada davam etdirəcəyimi bilmirəm. Hərçənd, uğursuz təcrübə keçdiyim Bakıya da qayıdacağımı istisna etmirəm.
- Sloveniyada qadın voleybolu populyar olsa da, sponsor maraqları elə də böyük deyil. Siz bunu nə ilə əlaqələndirərdiz?
- İstənilən halda, mən bu idman növündə çox xoşbəxtəm. Ancaq düşünürəm ki, sponsorların marağında çox şey iqtisadi vəziyyətdən asılıdır. Ancaq Türkiyə, Rusiya, Azərbaycan və Asiya bu baxımdan hər şey əladır.

0
0