ŞOK: Milli komandamız “yoxa çıxdı”
30.05.2013 - 11:45
Həndbol üzrə kişilərdən ibarət Azərbaycan yığmasının ardınca qadınlardan ibarət millimiz də tarixin yaddaşına köçür. Apasport.az saytının məlumatına görə, Rəfiqə Şabanovanın başçılıq etdiyi komanda fəaliyyətini dayandırıb.
Belə ki, millimiz 1996-cı ildən ardıcıl çıxış etdiyi Avropa çempionatına qatılmayacaq. Bu, final mərhələsi 2014-cü ildə Xorvatiya və Macarıstanda keçiriləcək qitənin ən nüfuzlu yarışının seçmə mərhələsinin püşkatmasında rəsmiləşib. Belə ki, ilk təsnifat mərhələsində iştirak edəcək 25 yığma arasında millimiz yoxdur.
Qeyd edək ki, hazırda Azərbaycan Həndbol Federasiyasında qeyri-müəyyənlikdir. Qurumun prezidenti Heydər Babayev iqtisadi inkişaf naziri vəzifəsindən azad edildikdən sonra federasiyada seçki-hesabat konfransı keçirilmir.

0
0