“Şəhərə çıxanda özümlə 2 tərcümə kitabı götürürəm” - MÜSAHİBƏ
07.10.2013 - 13:53
“Azəryol”un yeni transfer etdiyi Çyara di Yulio İtaliya mətbuatına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ölkəsinin yığmasının əsas hücumçularından olan 28 yaşlı voleybolçu Bakı klubuna gəlişindən, paytaxtımızda həyat tərzindən danışıb.
- Azərbaycana getməyə nə vaxt qərar verdiniz? Bu, Aralıq Dənizi Oyunlarındakı qələbənizdən sonra baş verdi?
- Bəli, bundan sonra klubumu dəyişməyə qərar verdim.
- Komandanızı dəyişib, ölkə xaricinə getməyinizə səbəb nədir?
- Mənə bir neçə təklif vardı. Yaponiyadan tutmuş Türkiyəyə qədər bir çox komandalar məni heyətində görmək istəyirdi. Azərbaycanda az qala bütün klublar adımı transfer siyahısına salmışdı. Bu ölkədəki perspektiv digərləri ilə müqayisədə daha cəlbedici görünürdü. Onların məni heyətdə görmək istəməsi, komanda, əla şərtlər və hazırlıq keçmək üçün yüksək səviyyədə şəraitə malik olması bu təklifə müsbət cavab verməyimlə nəticələndi. “Azəryol”la müqavilə imzaladım, burada yüksək rəqabət var. Bir yandan mənim üçün çətin olacaq, digər tərəfdən ən güclülərlə görüşmək imkanım yaranacaq. Azərbaycan Super Liqası elə bir çempionatdır ki, İtaliya A seriyasından kənarda oynaya biləcəyim ən səviyyəli yarışdır.
- Orada çempionat nə vaxt start götürəcək?
- Oktyabrın 17-də ilk tura start veriləcək. Həmin gün biz çempionatın ilk matçını keçirəcəyik. 5 gün sonra isə Çempionlar Liqasında “Yamamay”la oynayacağıq.
- Ölkə xaricinə yollanmağa qərar verdikdə həyat yoldaşınız və valideynləriniz bunu necə qarşıladı?
- Onlar daima mənim yanımdadır. Hər gün ünsiyyət qururuq. Qərarıma gəldikdə, bunu anlayışla qarşıladılar. Onlar mənim həyatımdır. Hər bir qərarı qəbul edəndə ölçüb-biçmək lazımdır. Ümid etmək lazımdır ki, ən yaxşısı olacaq. Özümü xarici ölkədə sınamaq mənim məqsədim idi. Karyeramda düzgün addım atdığımı düşünürəm.
- Azərbaycanda gününüz necə keçir?
- Səhər saat 7:30-da yuxudan oyanırıq. Bakıdakı mənzilimdə yaxşı səhər yeməyi yedikdən sonra komanda üzvləri ilə bir araya gəlib, saat 08:45-də klubun bazasına yollanırıq. Burada səhər məşqini topla keçirik. Ardınca trenajor zalında hazırlığımızı davam etdiririk. 3 saatlıq məşqdən sonra mərkəzin yeməkxanasında nahar edirik. Bundan sonra otelə yollanıb, istirahət etmək imkanımız olur. 19:30-da yenidən məşqlərə yığışırıq. Günümüz əsasən idman mərkəzində keçir. Mikroavtobus şam yeməyini yemək üçün axşam bizi evə aparır. Bundan sonra “Skype” vasitəsilə ailəmlə danışıram.
- Belə məlum olur ki, boş vaxtlarınız çox azdır. Bu yarananda nə edirsiz?
- Mən şəhərin mərkəzinə getməyi sevirəm. Yaxud da yaşadığım ərazini gəzirəm. İstənilən halda, buna çox az vaxtımız olur.
- Azərbaycandan İtaliya necə görünür?
- Bakıda bizim siyasi, iqtisadi və sosial inkişafla tanışdırlar. Baxmayaraq ki, bura Avropanın başlanğıcında yerləşir.
- Bəs klubda ünsiyyət qurmaqda yaşamırsızmı?
- Komandada ingiliscə danışırıq. Baxmayaraq ki, burada azərbaycanlı, rus, slovakiyalı, braziliyalı, kubalı və yaponiyalı qızlar var. Şəhərdə isə ingiliscə danışan adam tapmaq çətindir. Əsasən türk dilinə çox yaxın olan Azərbaycan dilində danışırlar. Lakin rus dilində danışanlara da rast gəlmək olar. Şəhərə çıxanda özümlə 2 tərcümə kitabı götürürəm. Bunlar ana dilimizdən ingilis və rusa olan tərcümələrdir.

0
0