Azərbaycan Voleybol Federasiyası (AVF) 2024/2025 mövsümündə keçiriləcək yarışlarda iştirak edəcək hakimlər üçün seminar təşkil edib.
Apasport.az xəbər verir ki, oktyabrın 20-də Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan seminara paytaxt və bölgələrdən ümumilikdə 40-a yaxın hakim qatılıb.
Seminar federasiyanın Hakimlər Komissiyasının sədri, beynəlxalq dərəcəli hakim Eldar Zülfüqarov və sədrin müavini, beynəlxalq dərəcəli hakim Zaur Hacıyev tərəfindən keçirilib. Mütəxəssislər iştirakçılara yeni mövsümdə baş tutacaq yarışlar, voleybolda tətbiq edilən yeni qaydalar, həmçinin çelenc sistemi haqqında məlumat veriblər və onları maraqlandıran sualları cavablandırıblar.
Seminarın sonunda hakimlər test imtahanında iştirak ediblər. Komissiya hakimlərin təyinatını testin nəticələrinə uyğun olaraq həyata keçirəcək. Ölkəmizdə keçirilən bütün yarışlara hakimlər AVF-nin Hakimlər Komissiyası tərəfindən təyin olunur.
Qeyd edək ki, AVF hər il hakimlərin bilik və bacarıqlarını artırmaq üçün seminarlar keçirir. Yaxın zamanlarda belə seminarlar yenidən təşkil olunacaq.
- Millimiz Portuqaliya ilə qarşılaşacaq
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq