AVF-nin nümayəndəsi CEV-in idarə heyətinə üzv seçilib
25.08.2024 - 17:06
AVF-nin nümayəndəsi CEV-in idarə heyətinə üzv seçilib

Azərbaycan Voleybol Federasiyasının prezidentinin müşaviri Cəlil Cəfərov növbəti dəfə Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Həyətinə üzv seçilib.

Apasport.az xəbər verir ki, o, avqustun 24-də İtaliyanın Neapol şəhərində baş tutan CEV-in 45-ci Baş Assambleyasında keçirilən səsvermədən sonra yenidən qurumun İdarə Heyətində yer almaq şansı qazanıb.

34 nəfərin namizədliyi olan İdarə Heyətində növbəti dörd il üçün (2024-2028) 17 nəfər yer alıb.

0