AVF Qaxda 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil edib
19.08.2024 - 17:33
AVF Qaxda 16 yaşadək voleybolçu qızlar üçün düşərgə təşkil edib

Azərbaycan Voleybol Federasiyası (AVF) tərəfindən növbəti dəfə 16 yaşadək qızlar üçün düşərgə təşkil olunub.

Apasport.az AVF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, toplantı Qaxda baş tutur.

22 idmançıya yeniyetmə və gənc qızlardan ibarət milli komandaların baş məşqçisi Şahin Çatma rəhbərlik edir.

16 yaşadək (U-16) qızlardan ibarət komandanın formalaşdırılması məqsədi ilə təşkil olunan və avqustun 26-dək davam edəcək düşərgə fiziki və texniki məşqlərdən ibarətdir.

Həmçinin qızlara voleybolun incəlikləri öyrədilir, onların daha yaxşı forma yığması üçün müxtəlif proqramlar həyata keçirilir.

0