AVF Qaxda toplanış keçirib
27.05.2024 - 10:53
AVF Qaxda toplanış keçirib

Azərbaycan Voleybol Federasiyası (AVF) yeniyetmə qızlar üçün təlim-məşq toplanışına start verib.

Apasport.az xəbər verir ki, hazırlıq prosesi Qax Olimpiya İdman Kompleksində təşkil olunub.

Məşqlərdə Oğuz Regional Voleybol Klubunun (RVK) 2012- 2014-cü il təvəllüdlü idmançıları iştirak edirlər.

Yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatmanın rəhbərlik etdiyi məşqlər mayın 28-dək davam edəcək. Burada gündə iki dəfə olmaqla uşaqlara həm fiziki, həm də texniki məşqlər keçirilir. Həmçinin gənclərə voleybol qaydaları ilə bağlı ətraflı məlumat verilir.

Qeyd edək ki, təcrübəli məşqçilərin iştirakı ilə bu cür təlim-məşq toplanışları digər RVK-larda da təşkil olunacaq.

0