AVRO-2026: Millimizdən növbəti qələbə
24.08.2026 - 21:40
AVRO-2026: Millimizdən növbəti qələbə

Qadın voleybolçular arasında Avropa çempionatının C qrupunda mübarizə davam edir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi qrup mərhələsində üçüncü oyununu Rumıniyaya qarşı keçirib.

Milli Gimnastika Arenasında baş tutan gərgin qarşılaşma yığmamızın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan – Rumıniya – 3:2
(25:21, 25:23, 15:25, 22:25, 15:8)

Faiq Qarayevin rəhbərlik etdiyi komanda ilk iki setdə üstün olsa da, Rumıniya növbəti iki hissədə hesabı bərabərləşdirib. Həlledici tay-brekdə daha inamlı çıxış edən Azərbaycan millisi 15:8 hesabı ilə qalib gəlib.

Beləliklə, yığmamız C qrupunda keçirdiyi hər üç görüşdən qələbə ilə ayrılıb. Azərbaycan daha əvvəl Portuqaliyanı 3:1, İspaniyanı isə 3:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, millimiz növbəti oyununu avqustun 26-da Belçikaya qarşı keçirəcək. Komanda qrup mərhələsində son matçında isə avqustun 28-də Niderlandla üz-üzə gələcək.