Azərbaycan Avstriyanı məğlub edib, qrup ikincisi oldu
11.09.2022 - 00:14
Azərbaycan Avstriyanı məğlub edib, qrup ikincisi oldu

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, yığmamız AVRO-2023-ün təsnifat mərhələsində son matçına çıxıb.

D qrupunda mübarizə aparan Eldar Yusubovun yetirmələri Avstriyanın qonağı olub. Komandamız inamlı qələbə sayəsində AVRO-2023-ə vəsiqə əldə edib. 

Qrupda ikinci pilləni əldən verməmək üçün Şvexat şəhərində təşkil olunan matçda Azərbaycan voleybolçularına 1 xal da yetərli olsa da, təmsilçimiz çıxışını 3 xalla yekunlaşdırıb. 2005-ci ildən başlayaraq final mərhələlərinin daimi iştirakçısı olan millimiz bununla da ardıcıl 10-cu dəfə həlledici raundda oynayacaq.

Qeyd edək ki, AVRO-2023-ün final mərhələsi Belçika, İtaliya, Estoniya və Almaniyada keçiriləcək. 

AVRO-2023-ün təsnifat mərhələsi
D qrupu, VI tur
10 sentyabr
22:25. Avstriya - Azərbaycan - 1:3 (14:25, 20:25, 25:23, 15:25)

Şvexat. “Multiversum” İdman Sarayı

1

Sloveniya

6

6

0

14-4

522-413

17

2

Azərbaycan

6

4

2

14-7

475-405

12

3

Avstriya

6

2

4

9-12

433-455

7

4

Gürcüstan

6

0

6

0-18

296-453

0

 

0