
Çimərlik voleybolu üzrə Azərbaycan milli komandaları Avropa çempionatlarında iştirak etmək məqsədilə bu gün Avstriyaya yola düşüblər.
Apasport.az xəbər verir ki, təmsilçilərimiz əvvəlcə 14-17 avqust tarixlərində Avstriyada keçiriləcək U-22 Avropa çempionatında, daha sonra isə 20-25 avqust tarixlərində İspaniyada təşkil olunacaq U-20 Avropa çempionatında iştirak edəcəklər.
Ölkəmiz hər iki turnirdə həm oğlanlardan (Muhammad Aslanlı/İbrahim Məmmədov; ehtiyat komanda Nəriman Bayramlı/Tural Əsgərov), həm də qızlardan (Səbinə Əlizadə/Cəmilə Bəşirova) ibarət bir komanda ilə təmsil olunacaq.
Qızlardan ibarət komandamızın baş məşqçisi Nihad Tarverdiyev, oğlanlardan ibarət komandamızın baş məşqçi isə Atvars Vildensdir.