17 yaşadək qızlardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışı olacaq. Apasport.az saytının məlumatına görə, yığmamız iyulun 9-dan 16-dək hazırlıq keçəcək.
Toplanış Bakıda baş tutacaq. Hazırlıq prosesinə 20 oyunçu çağırılıb: Nərgiz Əliyeva, Nigar Mirzəliyeva (hər ikisi “Baku City”), Birgül Çelik (“Çərkəzköy 1923 Spor”, Türkiyə), Alina Nahmədova, Leyla Ağayeva (hər ikisi “Fidan”), Aytac Feyzullayeva (“Gənclik”, Şəki), Ləman Mustafazadə (“İmişli”), Melis Ersoy (“Karabük Gənclikspor” (Türkiyə), Milana Rəhimova, Gülçin Məmmədova, Nəzrin Məmiyeva, Pərvin Səfərəliyeva (hamısı “Keşlə”), Neslihan Bozkaya (“Kəmər”, Türkiyə), Seval Cakan (“SG Essen-Şonebek”, Almaniya), İlahə Əkbərova, Nigar Əhmədova, Ramilə Bayramova, Lamiyə Əlizadə, Ləman Əmirli (hamısı “Təhsil”), Aysun Muradova (“Zaqatala”).
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
- Yüksək Liqa: Yeni mövsümə start veriləcək