Azərbaycan millisinin basketbolçuları ali təhsil müəssisələrinə qəbul edilə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Basketbol Federasiyasının prezidenti Emin Əmrullayev açıqlayıb.
Qurumun təşkil etdiyi “Yeni nəfəs, yeni başlanğıc” adlı tədbirdə çıxış edən təhsil naziri bu idman növü ilə məşğul olan tələbələrə təqaüdlərin verilməsinin də mümkünlüyünü vurğulayıb: “Ali təhsil müəssisələrində komandaların daha da peşəkar şəkildə çalışmasını istəyirik. Bunun üçün xüsusi təqaüdlər də ayrıla bilər. Azərbaycan millisində yer alan basketbolçuları bəlkə də, güzəştli şərtlərlə təhsil müəssisələrinə qəbul edə bilərik. Bu, istər-istəməz digər uşaqlarda da həvəs yaradacaq”.
- Möhtəşəm geridönüş - Türkiyə Almaniyanı məğlub etdi
- Eldar Zülfüqarov Avropa Liqasının oyunlarına təyinat alıb
- Qadın və kişi voleybolçulardan ibarət millimiz Avropa Liqasında mübarizəni davam etdirirlər
- Bakıda keçiriləcək çimərlik voleybolu üzrə beynəlxalq turnirə 40 komanda qatılacaq
- Gəncə klubunda üç ayrılıq