
Qızıl Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada təşkil olunan təlim-məşq toplanışı başa çatıb.
Apasport.az mayın 9-dan Maribor şəhərində baş tutan hazırlıq prosesində komanda Sloveniya seçməsi ilə birgə məşqlər edib. Milli burada ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesablı qələbə qazanıb.
Komanda bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Buradakı təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Millinin sözügedən ölkə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Qeyd edək ki, yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır