“Azərreyl” Avropa Kubokunun qalibi olub
13.10.2024 - 19:01
“Azərreyl” Avropa Kubokunun qalibi olub

"Azərreyl”in qadınlardan ibarət çimərlik voleybolu komandası klublararası Avropa Kubokunun qalibi olub.

Apasport.az xəbər verir ki, təmsilçimiz həlledici matçda Ukraynanın “Sunrise Beach Spors Academy” klubu ilə üz-üzə gəlib.

Fransanın Monpelye şəhərində təşkil olunan yarışın finalında tərəflər hərəyə 1 qələbə qazanıblar. Nəticədə qalib Qızıl setdə bəlli olub. Daha dəqiq oyanayan komandamız qızıl medala sahib çıxıb.

Avropa kuboku
13 oktyabr
Qadınlar
Final

“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 2:1 (19:21, 21:18, 15:11)
“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 0:2 (25:27, 13:21)

Qızıl set
“Azərreyl” - “Sunrise Beach Spors Academy” (Ukrayna) - 15:12

0