"Azərreyl" baş məşqçisi ilə müqavilə yenilədi
23.05.2024 - 12:37
"Azərreyl" baş məşqçisi ilə müqavilə yenilədi

Kişi voleybolçulardan ibarət "Azərreyl" komandasının baş məşqçisi Boris Qrebennikovun müqaviləsinin müddəti uzadılıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Təcrübəli mütəxəssisin sözləşməsi daha 1 illik artırılıb.

Onun qarşısına qoyulan əsas hədəf son Azərbaycan çempionunu uğurlara daşımaq və heyətdə olan gənc voleybolçuların inkişaf etdirilməsi yolunda fəaliyyətini davam etdirməkdir.

Qeyd edək ki, "Azərreyl" başa çatan mövsümdə Azərbaycan Yüksək Liqasının qalibi olub.

0