
Bu gün qadın voleybolçular arasında Yüksək Liqada XVI turun oyunları keçirilib.
Apasport.az xəbər verir ki, bütün matçlar eyni gündə baş tutub.
Çempionatın autsayderi UNEC “Murov Az Terminal”la üz-üzə gəlib. Tələblər hər 3 setdə uduzublar.
Liderliyini qorumaq üçün meydana çıxacaq “Abşeron” “Gəncə”ni sınağa çəkib. Bu görüş qələbə qazanan Abşeron voleybolçuları ilk pillədəki mövqelərini qoruyublar.
Tura turnir cədvəlindəki qonşuların dueli ilə yekun vurulub. Gərgin keçən qarşılaşmada “Azərreyl” “Milli Aviasiya Akademiyası”na 2:3 hesabı ilə uduzub.
Yüksək Liqa (qadınlar)
XVI tur
18 mart
16:00. UNEC - “Murov Az Terminal” - 0:3 (15:25, 15:25, 16:25)
UNEC VK-nın idman zalı
16:00. “Abşeron” - “Gəncə” - 3:1 (25:18, 23:25, 25:19, 25:21)
GİN-in Voleybol Mərkəzi
18:00. “Azərreyl” - “Milli Aviasiya Akademiyası” - 2:3 (25:19, 21:25, 25:21, 15:25, 7:15)
GİN-in Voleybol Mərkəzi