"Azərreyl"dən vacib QƏLƏBƏ
08.04.2024 - 20:42
"Azərreyl"dən vacib QƏLƏBƏ

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçirilib.

Apasport.az xəbər verir ki, Yüksək Liqada günün hər iki matçı eyni saatda başlayıb.

“Neftçi” MOİK-i sınağa çəkib. “Murov Az Terminal” VK-nun idman zalında baş tutan görüş "ağ-qaralar"ın asan qələbəsi ilə başa batıb. Hərçilərin yalnız 1-ci setdə 16 xal qazanmağı bacarıblar. Onlar növbəti setlərdə daha zəif çıxış edirlər.

Digər qarşılaşma GİN-in Voleybol Mərkəzində təşkil olunub. Çempionatın liderlərinin duelində “Murov Az Terminal”la “Azərreyl” qarşılaşıb. İlk seti meydan sahibləri qazansalar da, "dəmiryolçular" sonradan üstünlüyü ələ keçiriblər. "Azərreyll" 3:1 hesabı ilə qalib gəlib.

Yüksək Liqa (kişilər)

8 aprel

17:00. “Neftçi” – MOİK - 3:0 (25:16, 25:14, 25:15)
“Murov Az Terminal” VK-nun idman zalı

17:00. “Murov Az Terminal” – “Azərreyl” - (25:22, 22:25, 18:25, 16:25)
GİN-in Voleybol Mərkəzi

0
VOLEYBOL azərreyl qələbə