"Azərreyl"in yeni baş məşqçisi müəyyənləşib
18.09.2024 - 17:37
"Azərreyl"in yeni baş məşqçisi müəyyənləşib

Qadın voleybolçulardan ibarət "Azərreyl"in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda italiyalı Paolo Tofoliyə tapşırılıb. 58 yaşlı mütəxəssisin müqaviləsinin detalları açıqlanmayıb.

O, bu postda Cengiz Akarçeşmeni əvəzləyib.

0