Azərbaycan millisinin liberosu Bəyaz Quluyeva AVRO-2026-nın C qrupunda İspaniya üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.
Apasport.az xəbər verir ki, voleybolçu komandanın ilk oyundakı səhvlər üzərində çalışdığını bildirib:
“Təbrikləriniz üçün təşəkkür edirəm. Əlbəttə ki, bu qələbəni qazanmaq çox xoş hissdir. Oyunun daha gərgin və çətin mübarizədə keçəcəyini gözləyirdik. İspaniya dünənki oyunda rəqibinə kifayət qədər ciddi müqavimət göstərmişdi. Lakin biz də ilk oyundakı səhvlərimiz üzərində çalışdıq və bu gün daha yaxşı çıxış etdik, inamlı qələbə qazandıq.
Bu qələbəni bizi həm arenada canlı dəstəkləyən, həm də televiziya vasitəsilə izləyən bütün azarkeşlərimizə həsr edirik”.
- Voleybol üzrə Avropa çempionatının açılış mərasimi keçirilib - FOTO
- Azərbaycanlı hakim voleybol üzrə Avropa çempionatına təyinat alıb
- Millimizin Avropa çempionatı üçün yekun heyəti bəlli olub
- Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
- Avropa çempionatının hakimləri açıqlanıb