Beynəlxalq dərəcəli hakimimiz Avropa çempionatına təyinat alıb
13.08.2025 - 11:51
Beynəlxalq dərəcəli hakimimiz Avropa çempionatına təyinat alıb

Beynəlxalq dərəcəli hakimimiz Eldar Zülfüqarov Avropa çempionatının təsnifat mərhələsinə təyinat alıb. 

Apasport.az xəbər verir ki, Zülfüqarov A qrupunda yer alan Türkiyə və Danimarka komandalarının bu gün keçiriləcək qarşılaşmasında ikinci hakim kimi meydana çıxacaq.

Türkiyənin Malatya şəhərində baş tutacaq oyunun birinci hakimi isə yunanıstanlı Vasileios Vasileiadis olacaq.