
İyulun 21-də çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib.
Apasport.az xəbər verir ki, yarışda 23 komanda mübarizə aparır.
Qadınların birinciliyinə 12, kişilərin yarışına isə 11 kollektiv iştirak edib.
Bakı Su İdmanı Sarayında təşkil olunan yarışın ilk günündə 8 görüş keçirilib:
Qadınlar
“Milli Aviasiya Akademiyası-2” - “Gəncə-2” 0:2 (16:21, 19:21)
“Milli-2” - “Milli-3” 2:0 (21:14; 21:12)
“Milli Aviasiya Akademiyası-1” - “Xarı Bülbül-1” 2:0 (21:16, 21:08)
“Xarı Bülbül-2” - “Azərreyl-3” 0:2 (14:21, 02:21)
Kişilər
“Murov Az Terminal-4” - “Xilasedici-1” 1:2 (18:21, 21:14, 08:15)
“Xarı Bülbül-2” - “Azərreyl-2” 0:2 (08:21, 11:21)
“Azərreyl-3” - “Murov Az Terminal-3” 2:0 (21:12, 21:11)
“Azərreyl-1” - “Xilasedici-1” 2:0 (21:09, 21:16)