Federasiya rəhbərliyi millinin məşqində
23.08.2025 - 20:37

Azərbaycan Voleybol Federasiyasının (AVF) 17 yaşadək oğlanlardan ibarət milli komandamızın III MDB Oyunları öncəsi məşq prosesini izləyiblər.
Apasport.az xəbər verir ki, baş katibi Faiq Orucov, icraçı direktor Vüqar Hüseynzadə və maliyyə direktoru Sənan Cəfərov komandanın düşərgəsinə baş çəkiblər.
Federasiya rəsmiləri Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan məşqdən əvvəl komanda üzvləri və məşqçilər heyəti ilə görüşüblər. Onlar ölkəmizin ev sahibliyi etdiyi yarışda yığmamızın uğurlu çıxışına inamlarını bildiriblər və voleybolçularımıza uğurlar arzulayıblar.
- “Xilasedici” oyunçusu ilə müqavilə yeniləyib
- Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilir
- Yüksək Liqa: UNEC "Milli Aviasiya Akademiyası”nı məğlub etdi
- Qadın voleybolçular arasında Yüksək Liqaya start verilib - FOTO
- Voleybol üzrə Azərbaycan çempionatında yeni mövsüm bu gün başlayır
0
0