Gəncə Regional Voleybol Klubunun daxili birinciliyi keçirilib
13.07.2024 - 23:23
Gəncə Regional Voleybol Klubunun daxili birinciliyi keçirilib

İyulun 12-də Gəncə Olimpiya İdman Kompleksində voleybol üzrə yeniyetmə qızlar arasında Gəncə Regional Voleybol klubunun daxili birinciliyi keçirilib.

Apasport.az xəbər verir ki, olimpiya sistemi ilə keçirilən yarışda, 6 şəhər və rayondan( Gəncə, Samux, Mingəçevir, Yevlax, Bərdə və  Goranboy) 8 komanda iştirak edibdir. Gərgin keçən oyunlarda Mingəçevir komandası birinci, Yevlax komandası ikinci, Gəncə voleybolçuları isə üçüncü yerə layiq görülüb. İlk 3 yerə layiq görülən komandalar medal və diplomlarla təltif olunub, yarışın qalibi isə kubokla mükafatlandırılıb.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd perspektivli idmançıların seçilməsi və Gəncə RVK-nın əsas heyətinə cəlb olunmasıdır.

0