“Gəncə”də iki yeni müqavilə
25.08.2026 - 10:22
“Gəncə” voleybol klubu yeni mövsüm üçün heyətini formalaşdırmaqda davam edir.
Apasport.az xəbər verir ki, komanda Hayat Matukla müqaviləni yeniləyib.
Bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gənc voleybolçu yeni mövsümdə də Gəncə təmsilçisinin formasını geyinəcək.
Bundan əlavə, Zarina Namazova komandaya cəlb olunub.
0
0