"Gəncə"dən növbəti transfer
04.08.2025 - 13:07
"Gəncə"dən növbəti transfer

“Gəncə” voleybol klubu heyətini gücləndirməkdə davam edir.

Apasport.az xəbər verir ki, Gəncə təmsilçisi çex voleybolçu Karolina Nova ilə müqavilə imzalayıb.

Oyunçu ötən mövsümü Fransanın “Quimper Volley” komandasında keçirib. Voleybolçu karyerası ərzində Çex Respublikası və ABŞ klublarında çıxış edib.

Karolina Nova Fransa və Çex Respublikası kuboku yarışlarında, NEC Women's Volleyball Championship turnirində mükafatçılar sırasında yer alıb.