"Gəncə"dən yeni transfer
28.07.2025 - 11:59
"Gəncə"dən yeni transfer

"Gəncə" heyətini yeni voleybolçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Keniya millisinin oyunçusu Şeron Çepçumba ilə müqavilə imzalayıb.

Voleybolçu ötən mövsümü Vyetnam "Hoa chat Durc Giang Lao Cai"sində keçirib.

O, daha öncə Keniya, Türkiyə və Yunanıstan klublarında forma geyinib.

Çumba ləqəbli voleybolçu klublararası Afrika çempionatının, Vyetnam və Keniya Liqalarının qalibi olub. Keniya millisinin heyətində 2019-cu ildə Afrika Oyunlarında, 2023-cü ildə isə Afrika çempionatında qızıl medal qazanıb. Voleybolçu ardıcıl iki Yay Olimpiya Oyunlarının iştirakçısı olub.