İslam Oyunları: Voleybolçularımız Tacikistanı darmadağın edib - FOTO
06.11.2025 - 20:13
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında bu gün ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, qızlarımızın rəqibi Tacikistan yığma komandası olub.
Oyun millimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 9-da Türkiyə yığmasına qarşı keçirəcək.
VI İslam Həmrəyliyi Oyunları
6 noyabr
Azərbaycan - Tacikistan 3:0 (25:5, 25:11, 25:9)
0
0