“Milli Aviasiya Akademiyası”nda iki yeni müqavilə
13.08.2025 - 17:33
“Milli Aviasiya Akademiyası”nda iki yeni müqavilə

Qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası” heyətini iki yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, bu barədə Bakı klubunun mətbuat xidməti məlumat yayıb.

Serbiyalı voleybolçular - Yovana Cociç və İva Laziçin keçidi rəsmiləşib. Onlarla 1 illik müqavilə imzalanıb.

Cociç son olaraq Yunanıstanın “AONS Milon”, Laziç isə ölkəsinin “Partizan” komandasında çıxış edib.