Qadın voleybolçular arasında Yüksək Liqada II tura yekun vurulub.
Apasport.az xəbər verir ki, ikinci oyun günündə bir matç keçirilib.
Yeganə qarşılaşma Gəncədə baş tutub. Mövsümə məğlubiyyətlə başlayan “Gəncə” və “Milli Aviasiya Akademiyası” ilk qələbə üçün meydana çıxıb. Tay-brekə kimi davam edən görüşdə qonaqlar qalib gəliblər.
Qeyd edək ki, turun ilk günündə "Azərreyl" "Murov Az Terminal"a 3:2 (25:18, 23:25, 22:25, 25:8, 18:16), "Abşeron" UNEC-ə 3:0 (25:12, 25:10, 15:9) hesabı ilə qalib gəlib.
Yüksək Liqa (qadınlar)
II tur
7 dekabr
15:00. “Gəncə” - “Milli Aviasiya Akademiyası” - 2:3 (20:25, 21:25, 25:17, 25:18, 11:15)
Gəncə İdman Sarayı
- Çempionlar Liqası: “Turan”ın oyunu canlı yayımlanacaq
- Millimiz Avropa çempionatına məğlubiyyətlə başladı - YENİLƏNİB
- Superliqanın 2026/2027 mövsümünə sabah start veriləcək
- Eldar Zülfüqarov Avropa çempionatında hakimlik edəcək
- Azərbaycan və Gürcüstan voleybol federasiyaları əməkdaşlığı genişləndirməyi müzakirə ediblər