Milli növbəti dəfə uduzdu
25.05.2024 - 19:25
Milli növbəti dəfə uduzdu

Azərbaycanın qadın voleybolçulardan ibarət milli komandası Qızıl Avropa Liqasında növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma 2-ci turun ikinci matçında İsveç komandası ilə üz-üzə gəlib.

Rumıniyadakı qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0 (25:19, 25:19, 25:19).

Ötən gün Rumıniyaya (0:3) uduzan komandamız 1-ci turda Xorvatiyaya qalib gəlib (3:0), Slovakiyaya isə (1:3) məğlub olub.

0