Millimiz Belçikaya yollanıb
23.05.2024 - 14:14
Millimiz Belçikaya yollanıb

Qızıl Avropa Liqasında çıxış edən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün II turun qarşılaşmaları üçün Belçikaya yollanıb.

Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Yığma mayın 24-26-da Belçika və Şimali Makedoniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, komanda Bakıda təşkil olunan I turda Rumıniya və Ukraynaya 0:3 hesabı ilə uduzub.

0