Millimiz İspaniya ilə qarşılaşacaq
26.04.2025 - 11:49
16 yaşadək voleybolçu oğlanlardan ibarət Azərbaycan yığması Avropa çempionatının 2-ci mərhələsində ikinci oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, B qrupunda yer alan yığmamız İspaniya ilə qarşılaşacaq.
Millimiz qrupun oyunlarına ev sahibliyi edən rəqiblə matça ilk qələbə istəyi ilə çıxacaq. Estoniyaya quru hesabla uduzan komandamız liderliyə şərik olan rəqibi büdrətməyə çalışacaq.
Qeyd edək ki, yığmamız son matçını aprelin 27-də Avstriyaya qarşı keçirəcək.
- Bu gün XIX tura start veriləcək
- Azərbaycan Voleybol Federasiyası hakimlərin hazırlığı üzrə seminarın sonuncu mərhələsini keçirib
- Azərbaycanlı mütəxəssis 1/4 final görüşündə
- Azərbaycan millisi İspaniyada AVRO-2026-nın təsnifat turnirində mübarizə aparacaq
- Yüksək Liqada pley-off mərhələsinin təqvimi bəlli olub
0
0