Millimiz Macarıstanla qarşılaşacaq
15.06.2025 - 10:22
Millimiz Macarıstanla qarşılaşacaq

Gümüş Avropa Liqasında mübarizə davam edir.

Apasport.az xəbər verir ki, kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

Yığmamız Bakıda Macarıstanla üz-üzə gələcək.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq qarşılaşma saat 18:00-da start götürəcək.

Qeyd edək ki, komandamız bunadək Gürcüstana 3:0 hesabı ilə qalib gəlib. İsveç və Lüksemburqa isə eyni hesabla uduzub.