Millinin üzvü: "Heç bir rəqibə asan təslim olmayacağıq"
15.05.2024 - 14:21
Millinin üzvü: "Heç bir rəqibə asan təslim olmayacağıq"

"15 ildir voleybolla məşğul oluram. İlk dəfədir yığmaya dəvət alıram. Təlim-məşq toplanışından layiqincə yararlanıb, oyunlarda nəticə qazanmaq istəyirik".

Apasport.az xəbər verir ki, bu sözləri kişi voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Cavid Əzimov Qızıl Avropa Liqasına hazırlıq barədə danışarkən deyib.

Yığmanın hücumçusu heç bir rəqibə asan təslim olmayacaqlarını bildirib: "Rumıniya və Ukrayna favorit hesab edilsələr də, meydanda sonadək mübarizə aparacağıq. Oyun praktikası cəhətdən zəif olsaq da, döyüşkənlik göstərəcəyik. Doğma meydanda azarkeşlərimizi sevindirmək istəyirik".

0