Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb
12.07.2025 - 10:38
Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyasından təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Təlim və aşağı yaş qrupları üzrə iş şöbəsinin koordinatoru Nərgiz İsmayılova Avropa Voleybol Konfederasiyası tərəfindən növbəti dəfə təyinat alıb.

Apasport.az xəbər verir ki, o, kişi voleybolçular arasında (U-22) 2026 Avropa Çempionatının təsnifat mərhələsinin oyunlarında iştirak edəcək.

İsmayılova iyulun 11-13-də Türkiyədə keçirilən B qrupunun oyunlarında supervayzer kimi hakimlərin işinə və yarışın təşkilinə qiymət verəcək.

Qeyd edək ki, burada ev sahibi ilə yanaşı, Serbiya, Almaniya və Çexiya milli komandaları mübarizə aparır.